Bakının Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinə qədər hissəsində hərəkət qismən məhdudlaşdırılacaq. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.

Məhdudlaşdırma bu hissədə yol cizgilərinin və yolgöstərici xətlərin çəkilişi işləri ilə bağlıdır. Üfüqi nişanlanma xətlərinin çəkilişi bu gün saat 10:00-dan 16:00-a qədər və saat 23:00-dan sabah saat 05:00-a qədər davam edəcək.

Bu istiqamətdə hərəkət edən avtomobillər digər zolaqlara yönəldiləcək.