Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Alışma doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsində qeydə alınıb. Nəticədə elektrik lövhəsində 9 ədəd elektrik sayğacı, elektrik kabeli, 1 ədəd qaz sayğacı və yaxınlıqdakı qaz xəttindən sızan məişət qazı yanıb. 10 nəfər bina sakini təxliyə olunub. Ətrafda digər infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.