Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

“Sədərək” ticarət mərkəzinin ərazisində Samir Süleymanovu naməlum avtomobil vurub. Zərərçəkən Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onu xilas etməyə çalışsalar da, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.