Bakının 3 saylı Şəhər Klinik Xəstəxanasında hemodializ prosedurlarından keçən xəstələr aparatın işindən narazıdırlar. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Şikayətçilər bildirirlər ki, illərdir problem həll olunmur. Aparatdan sonra pasiyentlər titrəyir, özlərini pis hiss edirlər. Həmçinin xəstələr dərmanlarla da bağlı problem yaşadıqlarını qeyd ediblər.
Xəstəxanadan bildirilib ki, problemdən xəbərdardırlar. İyul ayından etibarən bu məsələni həll etməyə doğru addımlar atılır. Yaxın zamanda 4 yeni dializ aparatının gətiriləcəyi deyilib. Şikayətçilərin digər problemlərinin də yaxın zamanlarda aradan qaldırılacağı vəd edilib.