Sabunçu rayonunda açıq sahədə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Ümumi sahəsi 750 kv.m olan ərazidə quru ot, qamışlıq və elektrik dirəyindən keçən kabel yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən birmərtəbəli evin dam örtüyü 15 kv.m sahədə əriyib. Digər infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.