Bakının Suraxanı rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən məlumat verir.

Rayon ərazisində keçirilən yoxlamalar zamanı Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində fəaliyyət göstərən “Ömür” marketinin sahibkarı texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən istifadə edib. Həmin küçədə “Oba market” və ərzaq məhsullarının satışı ilə məşğul olan digər obyektdə də analoji hal qeydə alınıb.

Zığ şosesində “Qum bazarı” kimi fəaliyyət göstərən obyektin də sudan qanunsuz istifadə etdiyi müəyyən edilib.

Aşkar edilmiş bütün qeyri-qanuni birləşmələri əraziyə cəlb edilmiş qəza briqadası kəsərək ləğv edib.