Suraxanı rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in çağrı mərkəzinə 1 nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açdıqdan sonra içəridə 1 nəfərin cansız bədənini aşkar ediblər.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.