Bakının Suraxanı rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.

“Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “Mercedes” markalı nəqliyyat vasitəsinə çarpılıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.