Bakının 2 rayonunda qaz kəsilib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az “Azəriqaz” İB-yə istinadən xəbər verir.

Türkan qəsəbəsinə gedən ortatəzyiqli qaz kəmərinin kipliyə sınaq olunması səbəbindən adıçəkilən qəsəbədə qazın təchizatında fasilə yaranıb.

Yasamal rayonu, Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin kəsişməsində istismarı dayandırılmış qaz xəttinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması səbəbindən rayonun Ü.Əkbərov və D.Bünyadzadə küçələri, eləcə də Yeni Yasamal massivinin tam olaraq və 2-ci Alatava yaşayış massivinin bir hissəsində qaz kəsilib.

Məhdudiyyət gün ərzində davam edəcək.