Xəstə özəl xəstəxanada əməliyyat zamanı ölüb. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
62 yaşlı Nailə Mustafayeva Xətai rayonunda yerləşən “Medica Hospital”a sağ ayağının amputasiyası üçün müraciət edib. Əməliyyat zamanı o, dünyasını dəyişib.
Faktla bağlı prokurorluqda araşdırmaya başlanılıb.