Paytaxtın Ziya Bünyadov prospektində gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

“Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “Hyundai” markalı avtomobilə çarpılıb. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Qəza nəticəsində prospektdə tıxac yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, hərəkət bərpa olunub.