Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yol qəzası qeydə alınıb. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə nəticəsində metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar, sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.