Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü massivi zibil poliqonuna çevrilib. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Sakinlərin sözlərində görə, uzun illərdir yük maşınları əraziyə zibil atır. Antisanitariya və üfunət qoxusundan burada durmaq belə mümkün deyil. Sahə nəzarətsiz olduğundan zibil atanları tutmaq çətindir.
“Saat 3-də gəlib zibil tökürlər. Mən necə onlara nəzarət edim ki, tökülməsin zibil?!” – deyə sakinlər bildirirlər.
Badamdar Bələdiyyəsindən bildirildi ki, ərazi hər gün hissə-hissə təmizlənir. Ərazi böyük olduğu üçün çox vaxt tələb olunur. Amma tullantıların qarşısını kəsmək də olduqca çətindir, çünki ərazi nəzarətsizdir.