Bakıda sentyabrın 23-24-də “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçiriləcək. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az məlumat verir.
Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOBSKA-nın təşkilatçılığı ilə keçirilir.
Tədbirin məqsədi mikro və kiçik sahibkarlıqla məşğul olan şəxslərə dəstəkdir.
Yarmarkada 60-dan çox mikro və kiçik sahibkarlar (xüsusilə qadınlar), əsasən, tekstil, xidmət, qida, aksesuar, kosmetika, oyuncaq və ev üçün əşyalar satacaqlar.
“Arşın mal alan” sərgisi otən il Bakıda və Astarada keçirilmişdir.
Yarmarkada sahibkar kimi iştirak etmək istəyən şəxslər 051 230 39 35 nömrəsi ilə əlaqə saxlaya bilərlər.