Bakının Nərimanov rayonunda pişikləri vəhşicəsinə öldürən manyak peyda olub. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

Hadisələr Ağa Neymətulla küçəsi, 49 ünvanında qeydə alınıb.

Yerli sakinlər dəfələrlə belə olayların şahidi olduqlarını deyirlər. “Birinin boğazına yod tökür, birinin gözünə məftil salır”, – onlar deyirlər.

Bu əməlləri törətməkdə təqsirləndirilən vətəndaşın anası qonşuların dediklərini təkzib edib.

Daxili İşlər Nazirliyi (DİN) faktla bağlı araşdırma aparıldığını bildirib. Araşdırmanın nəticələri barədə əlavə məlumat ictimaiyyətə açıqlanacaq.