Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Sea Breeze Resort” istirahət kompleksinin ərazisində dənizdə süni ada salınır. Bu barədə kompleksin Facebook səhifəsində məlumat verilib.

Layihə artıq iki-üç ay öncə təqdim edilib və mediada işıqlandırılıb.

Adada gəmi formasında olan “Caspian Dream Liner” hoteli tikiləcək.

Bu, Abşeron yarımadasında süni adanın yarıdılmasına ikinci cəhddir. İlk dəfə 2011-ci ildə oxşar layihə ilə “Avesta” konserni çıxış edib. Lakin “Xəzər adaları” adlı süni ada (Sahil qəsəbəsi ərazisində süni arxipelaq-şəhər) laihəsi uğursuz olub.

Bakıda süni adanın inşasına başlanılıb
Foto Sea Breeze Resort Facebook