8 Noyabr prospektində qəza baş verib. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində 2 yol qəzası baş verib. Bu səbəbdən prospektin mərkəz istiqaməti hissəsində sıxlıq yaranıb.
Fəsadların aradan qaldırılması üçün işlər aparılır.
