Bakının Biləcəri qəsəbəsində infrastrukturun və yerli sakinlərin təhlükəsizliyini risk altına alan qanunsuz tikinti işləri aparılır. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Yəhya Hüseynov küçəsi, 81 ünvanında aparılan genişləndirmə işləri nəticəsində qaz xətti artırmanın içərisində qalacaq.

Bir müddət əvvəl sakinlərin şikayəti əsasında tikinti dayandırılsa da, sonradan işlər bərpa olunub.

Əvvəllər bu binada artıq qanunsuz genişləndirmə işləri aparılıb, nəticədə qaz xətti artırmanın içərisində qalıb.

Binəqədi Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, bu yaşayış binası 2 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansındadır.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinə də sorğu göndərilib.