Bakının Binə qəsəbəsində yaşayan ailələr övladlarını yaxınlıqda olan 37 nömrəli Kəlbəcər məktəbinə qeydiyyatdan keçirə bilmir. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Buna səbəb isə odur ki, elektron sistemdə yalnız məcburi köçkün ailəsindən olan uşaqların qəbulu nəzərdə tutulub.
Valideynlər deyirlər ki, məktəb avtobusuna aylıq ödəniş etməyə maddi imkanları çatmadıqları üçün uşaqlarını evlərinin yaxınlığındakı məktəbə göndərmək istəyirlər. Lakin o, hələ də buna nail ola bilmir.
Şərqi Zəngəzur Rayon Təhsil Şöbəsindən bildirilib ki, məcburi köçkün ailələrinə mənsub olmayan uşaqların məcburi köçkün məktəblərinə qəbuluna və yerdəyişməsinə yalnız yaşayış yerindən ən azı 2 km aralıda yerli məktəb olmadığı halda icazə verilir.
Regional Təhsil İdarəsindən o da bildirilib ki, 334 nömrəli məktəbdə şagird sıxlığının çox olması və valideynlərin müraciətinə əsasən, məsələyə yenidən baxılacaq.