Nəsimi rayonunda yerləşən restoranda qumarxana aşkarlanıb. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Huqqa” restoranında qanunsuz qumar oyunlarının aparıldığı məlum olub. Keçirilən əməliyyat zamanı oyunların təşkilatçısı və restoranın sahibi Rasim Rzayev, həmçinin iştirakçılar Ramal İsmayılov, Vüqar Tahirov, Musa Ağamalıyev və Cavad Kərimov saxlanılıblar.
Faktla bağlı cinayət işi açılıb.