Bakının Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

30 yaşlı Orxan Məmmədov idarə etdiyi motosikletlə avtomobilə çarpılıb. Toqquşma nəticəsində o, xəsarət alıb. Zərərçəkən xəstəxanaya çatdırılıb. Ona sağ əlin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.