Nəsimi rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abdullayev adıçəkilən rayon ərazisində dayanan avtomobildən 2000 AZN dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.