“Neftçi”nin futbolçusu cəzalandırılıb. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az AFFA-ya istinadən xəbər verir.

“Neftçi”nin qapıçısı Rza Cəfərov 1 oyunluq diskvalifikasiyaya məruz qalıb. Buna səbəb “Qəbələ” ilə oyunda rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə almasıdır.

Bundan əlavə, görüş bitdikdən sonra kənar şəxslərin yaşıl meydana daxil olmasına görə Bakı klubuna daha 800 AZN cərimə kəsilib.