Bakıda keçiriləcək “InMerge Innovation Summit” tədbirinə “Netflix”in yarıdıсısı gələcək. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az xəbər verir.
Bakı Konqres Mərkəzində baş tutacaq tədbirdə Mark Rendolf da çıxış edəcək. Sammit 30 noyabr – 1 dekabr tarixlərində baş tutacaq.
Rendolf 1997-ci ildə Rid Hastinqsla birlikdə DVD istehsal edən şirkət qurub, amma 10 ildən sonra ondan imtina edərək 2007-ci ildə şirkəti müasir “Netflix” platformasına çevirib.
Sammitdə, həmçinin “Apple”in həmtəsisçisi Stiv Voznyak və “Trendyol Group”un prezidenti Çağlayan Çetin çıxış edəcəklər.
Sammitdə iştirak etmək istəyənlər şəhərin kassalarından və ya onlayn qaydada bilet əldə edə bilərlər. Qiymətlər 255-850 AZN arası dəyişir.
“InMerge İnnovasiya Sammiti”nin məqsədi innovatorları, aparıcı texnologiya şirkətlərini və liderləri, startapları və korporativ innovasiyalara həvəsi olan investorları Bakıda bir araya gətirməkdir. Öz sahələrində transformasiyaya başlamaq, innovasiya ekosisteminə inteqrasiya etmək və strateji əlaqə vasitəsilə özünü təkmilləşdirməyə kömək etmək istəyən hər kəs sammitə dəvət olunur.