Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə 3 rəis işdən çıxarılıb. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.
Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Azər Hacıyev, 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Namiq Qocayev və Penitensiar xidmətin Təchizat idarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mürsəl Zeynalov nöqsanlara görə işdən çıxarılıblar.