Bakının Suraxanı rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

17 yaşlı Kənan Cavadov yolu keçən zaman onu avtomobil vurub. Nəticədə zərərçəkən xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.