Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Verilən məlumata görə, 42 yaşlı Cavanşir Cəfərzadə tanışı ilə dava zamanı bıçaqla yaralanıb.
Xəsarət alan kişi təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Kişi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.