Bakı universitetlərinə qəbul cavabları açıqlanıb. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir.

Ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı cavablar açıqlanıb. Bir sıra ixtisaslar üzrə keçid balları da açıqlanıb. Verilən məlumata əsasən, 200 balla dövlət sifarişi ilə universitetlərə qəbul mümkün olub.

Siyahı aşağıdakı kimidir:

  • ADNSU Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində), dövlət sifarişli – 200 bal;
  • ADNSU – Geologiya və geofizika mühəndisliyi (tədris ingilis dilində), dövlət sifarişli – 200 bal;
  • BDU – Geologiya və geofizika mühəndisliyi (tədris ingilis dilində), dövlət sifarişli – 200 bal;
  • BMU – Energetika mühəndisliyi, dövlət sifarişli – 215 bal;
  • ADNSU – Geologiya və geofizika mühəndisliyi, dövlət sifarişli – 200 bal;
  • AzMİU – Maşın mühəndisliyi, dövlət sifarişli – 200 bal;
  • AzMİU – Nəqliyyat mühəndisliyi, dövlət sifarişli – 200 bal;
  • BMU – Maşın mühəndisliyi, dövlət sifarişli – 200 bal;
  • AzTU – Maşın mühəndisliyi, dövlət sifarişli – 200 bal;
  • AzTU – Nəqliyyat mühəndisliyi, dövlət sifarişli – 202 bal;
  • AzTU – Mexanika mühəndisliyi, dövlət sifarişli – 214 bal;
  • BMU – Mexanika mühəndisliyi, dövlət sifarişli – 216 bal.

Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbində müşahidə olunur: İnformasiya təhlükəsizliyi, dövlət sifarişli – 673 bal.