Xəzər rayonunda təmizlik aksiyası keçiriləcək. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.

Aksiya rayonun Şüvəlan qəsəbəsi sahillərində təşkil olunacaq. Təmizlik işləri çərçivəsində ərazi tullantılardan təmizlənəcək.

Tədbir 2 sentyabr saat 09:00-da baş tutacaq. İştirak sərbəstdir.