Paytaxtın Xətai rayonu, Mingəçəvir küçəsində olan qarajın qarşısından oğurluq edilib. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, ayrı-ayrı vaxtlarda 12.000 manat dəyərində çən, avtomobil yağı qarışdıran qurğu və avtomobil ehtiyat hissələri oğurlanıb.
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini S.Bəylərov şübhəli şəxs qismində saxlanılıb.