Xətai rayonu, Babək körpüsünün yaxınlığında, Nəcəfqulu Rəfiyev küçəsində yol nişanı buranın dayanacaq olduğunu göstərsə də, vətəndaşları küləkdən, yağışdan, günəşdən qoruyacaq bir daldalanacaq yoxdur. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Dayanacaqdan istifadə edənlərin sözlərinə görə, neçə illərdir bu problem aradan qaldırılmır. Dayanacaq olmadığından insanları yağışdan və ya günəşin şüalarından irigövdəli ağac qorumalı olur.

Həmçinin ərazidə piyada keçidinin xətləri solub, nişanın qurğusunun işıqları yanmır. Nəticədə piyadaların yolu qarşıya və əks istiqamətə keçməsinə təhlükə yaranır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verildi ki, dayanacağın quraşdırılması səkiyə görə heç cür mümkün deyil.

“Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 11/45 ünvanında “avtobus dayanacağı” nişanı quraşdırılıb, lakin ərazidə səki infrastrukturunun mövcüd vəziyyəti avtobus dayanacağı məntəqəsində pavilyonun quraşdırılmasını mümkünsüz edir”, – AYNA-nın mətbuat katibi Tural Orucov deyib.