Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxt sakininə məxsus içərisində 750 manat pul, sənəd, bank kartları və mobil telefon olan pulqabı oğurlanıb.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Y.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.