Bakının Ziya Bünyadov prospektində 3 avtomobil toqquşub. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az xəbər verir.
İlkin ehtimallara görə, qəzaya səbəb “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsünün qəflətən əyləcə basması olub. Bu zaman “Nissan Tiida” markalı avtomobil arxadan ona çarpılıb. Sonra isə eyni istiqamətdə hərəkətdə olan “Kia Rio” markalı nəqliyyat vasitəsi digər iki avtomobillə toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb. Hər 3 avtomobilə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.