Bakının “20 Yanvar” dairəsində yol qəzası baş verib. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.

Həsən bəy Zərdabi küçəsindən gələn “Chevrolet” markalı avtomobil işıqforun qırmızı işığına məhəl qoymayaraq, Tbilisi prospektində hərəkətdə olan “BYD” markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə 2 avtomobilə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.