Azərbaycanın Əməkdar artisti Aliyə Ramazanova vəfat edib. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.

Aliyə Ramazanova 7 fevral 1941-ci ildə Qusar rayonunda anadan olub.

O, “Uzundərə”, “Sarı gəlin” və digər rəqs nümunələri ilə tanınır.

Həmçinin Ramazanova səhnə və mədəni fəaliyyətinə görə Azərbaycan SSR Əməkdar artisti adına layiq görülüb.