Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən çimərliklərin birində xarici turist içərisində 20 min ABŞ dolları olan əl çantasını naməlum şəraitdə itirib. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.

Almaniyadan gələn Mariel Vittinq Rolf adlı xanım bildirib ki, məsələ ilə bağlı polisə müraciət edib.

Aparılan tədbirlər nəticəsində turistin çantası pullarla birlikdə tapılaraq ona qaytarılıb. Mariel Vittinq polis əməkdaşlarının operativ reaksiyasına görə onlara təşəkkür edib.