Bakının Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən tarixi binanın birinci mərtəbəsi yaşıl rəngə boyanıb. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.

Verilən məlumata görə, həmin binada bu günlərdə geyim dükanı açılıb və rəngin dəyişdirilməsi ilə bağlı qərar dükanın müdiriyyəti tərəfindən verilib.

Məsələ ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Arxitektura və Tikinti Komitəsi və Dövlət Reklam Agentliyinə müraciət göndərilib.