Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində ölümlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az BakuTV-yə istinadən xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində 37 yaşlı Samit Əmirov və övladı, 3 yaşlı Elnur Əmirli dünyasını dəyişiblər, ailənin digər 5 üzvü yaralanıb.
Qəza yerinə təcili tibbi yardım cəlb olunub. Zərərçəkənlər xəstəxanaya yerləşdiriblər. Onlar paytaxta forma almağa gəlirdilər.