Binəqədidə qaz olmayacaq. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Rayonun A.Zeynallı küçəsində 3 ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində 1 ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar Biləcəri qəsəbəsi DSK yolu, M.S.Ordubadi, M.Aslanov, M.Füzuli və A.Zeynallı küçələrində qaz təchizatında fasilə yaranacaq.
Məhdudiyyət gün boyu davam edəcək.