Milyonçu və xeyriyyəçi H.Z.Tağıyev 1924-cü ildə 86 (bəzi mənbələrdə 101) yaşında Bakıda, Mərdəkanda yerləşən bağ evində vəfat etmişdir. O, iradəsinə uyğun olaraq, Mərdəkandakı “Pirhəsən” pirində, Bakı axundunun – Molla Abuturabın ayaqları altında dəfn olunub.
Əfsanəyə görə, Tağıyevin müəllimi Axund Hacı Turab onun üçün Quranın Yasin surəsini oxuyub tərcümə edirdi:
- “Allah bir şeyə iradə eləsə, ona “Ol!” deyər, o da dərhal alar”
- Yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar?
- Bəli!
Həmin an Axundun bu sözlərini Hacı o qədər də inandırıcı qəbul etmir. 10 il sonra, bolşeviklər Tağıyevin bütün varını ələ keçirdikdən sonra, Hacı Axundun sözlərini xatırlar:
- “Onun bir barmağının bildiyini mənim başım da bilmir. Buna görə də, məni onun ayaqları altında dəfn edin”.
Tağıyev müdrik və xeyirxah biri sayılırdı. Onu Parisdə belə tanıyır, necə biri olduğunu yaxşı bilirdilər. Uşaqlıqda tikintidə çalışan və gündə 5-6 qəpik pul qazanan Hacı 40 yaşlarında milyonçu olmağı bacarmışdı.