Bakı Dənizkənarı Bulvarı ərazisində dənizə düşən gənc qadın xilas edilib. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hadisə yerinə xilasedicilər cəlb olunublar. Xanım çevik müdaxilə nəticəsində sudan çıxarılaraq tibb işçilərinə təhvil verilib.
Şahidlərin sözlərinə görə, o, özünü qəsdən dənizə atıb. Hadisə araşdırılır.