Bakı metropoliteni gücləndirilmiş iş rejimində işləyir. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
2 sentyabr tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək “İmagine Dragons” qrupunun konserti ilə əlaqədar metronun “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.
Belə ki, əlavə işçi qüvvəsi stansiyadan arenaya gedən sərnişinləri yönləndirəcək, axşam saatlarından xəttə ehtiyat qatarlar veriləcək. Konsert bitdikdən sonra da sərnişinlərin rahatlığı üçün müvafiq addımlar atılacaq.
Bundan əlavə, ehtiyac yaranarsa, metronun iş rejimi uzadıla bilər.