Bakının Nərimanov rayonunda beşmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binanın 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 11 elektrik sayğacı yanıb.
Yanğın zamanı 8 sakin təxliyə edilib. Alışma yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.