Bakının Nəsimi rayonu, Hənifə Ələsgərov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində yol qəzası baş verib. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az məlumat verir.

İşıqforla tənzimlənən kəsişmədə “Hyundai” və “Opel” markalı avtomobillər toqquşub. Hər iki avtomobilə cüzi maddi ziyan dəyib. Xəsarət alan olmayıb.

Hadisə yerində sıxlıq müşahidə edilib. Polis əməkdaşları qəzanın təfərrüatlarını araşdırırlar.