Nəsimi rayonunda cari təmir işləri aparılır. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.
İşlər Mir Cəlal parkında aparılıb, idman alətləri və oturacaqlar təmir olunub.
Həmçinin Qulu Quliyev, 8 ünvanında yağış suları axıdan borular bərpa olunub, Lev Tolstoy küçəsi və Bülbül prospektində səkilərə əlavə zibil qutuları quraşdırılıb, Azər Əliyev küçəsində isə həyətdə əlil arabalarının rahat hərəkəti üçün səkilər yaradılıb.
Rayonda analoji tədbirlər davam etdirilir.