Nəsimi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Alışma “Mercedes” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Maşının digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.