Nəsimi rayonunda tarixi binaya müdaxilə olunub. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.

Bülbül prospekti və Süleyman Rüstəm küçəsinin kəsişməsində yerləşən və dövlət nəzarətində ola tarixi binanın fasadına müdaxilə faktı aşkarlanıb. Belə ki, binanın üz hissəsi rənglənməyə başlanılıb.

Rəsmi qurumların əməkdaşları əraziyə cəlb olunaraq müdaxilənin qarşısı alınıb.

Nəsimidə tarixi binanı qanunsuz rəngləmək istəyiblər
Foto Caliber.az