“Neftçi Arena”da yenidənqurma işlərinə başlanılıb. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az “Nefçi” klubuna istinadən xəbər verir.

Renovasiya işləri çərçivəsində stadionun bəzi hissələri yenilənir, eləcə də ot örtüyündə toxumlama, qumlama, gübrələmə işləri aparılır. Ot örtüyündə əsas yenilənmənin isə mövsümün ortasında yaranacaq təxminən 1 aylıq fasilə zamanı aparılması planlaşdırılır.

Hazırki yenidənqurma işlərinin 22-24 sentyabr tarixlərinə qədər bitməsi nəzərdə tutulub.

“Neftçi Arena”da xırda təmir işləri aparılır
Foto Neftçi PFK