Paytaxtın Binəqədi qəsəbəsi, Binəqədi yolu küçəsində 29 yaşlı kişini zorla maşına mindirərək döyüblər. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Rəşad İmanov polisə müraciət edərək onun yanına göy rəngli, dövlət nömrə nişanını bilmədiyi “Hyundai Elantra” markalı avtomaşınla yaxınlaşan bir necə şəxsin ondan pul istədiyini bildirib. Daha sonra o, avtomobilə mindirilərək döyülüb və ondan üstündə olan 1310 manat pul götürülüb. Daha sonra həmin şəxslər onu düşürərək hadisə yerindən yayınıblar.

Faktla bağlı araşdırma aparılır, əməli törətməkdə şübhəli bilinən şaxslər axtarışa veriliblər.