Bakının Pirallahı rayonunda 4 sentyabr tarixində psixoloji mövzuda təlim təşkil olunacaq. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Tədbir Pirallahı Gənclər Mərkəzində saat 11:00-da baş tutacaq.

Təlimçi Aygün Məhərrəmovanın təqdimatında “Mental dözümlülük” mövzusunda keçirilən təlimdə:

  • Stres;
  • Asılılıq;
  • Dözümlülük və digər məqamlara toxunulacaq.

Təlim Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) Pirallahı rayonu üzrə gənclər və idman sektoru ilə “Harmoniya” Psixologiya Mərkəzinin əməkdaşlığı, Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək.